Bütün Növ Qapı və Avtomatika Sistemləri Üzrə Texniki Servis
Qapı və avtomatik sistemlərinizdə yaranan nasazlıqları operativ aradan qaldırırıq.
EliteDoors olaraq təkcə öz quraşdırdığımız deyil, istənilən şirkət tərəfindən quraşdırılmış bütün növ avtomatik fotosel, seksional qaraj, sənaye qapıları, jalüzlər, darvaza motorları və şlaqbaumların diaqnostikası, orijinal ehtiyat hissələri ilə təmiri və dövri texniki baxışını həyata keçiririk.
Bakı və Abşeron üzrə 1 saat ərzində yerində ilkin müdaxilə və diaqnostika.
Servis Xidməti Göstərdiyimiz Sistemlər
Aşağıdakı bütün məhsul və avtomatika növləri üzrə rəsmi zəmanətli təmir xidməti təklif edirik
Fotosel Şüşə Qapı Servisi
Fotosel şüşə qapıların radarlarının sazlanması və təmiri.
- Radar sensorlarının dəyişdirilməsi və tənzimlənməsi
- Sürüşmə kəmərlərinin (remenlər) yenilənməsi
- Rolik arabacıqlarının və relslərin bərpası
- İdarəetmə prosessorunun (platanın) təmiri
Seksional Qaraj Qapıları
Seksional qaraj qapılarının yay və tros təmiri.
- Qırılmış və ya boşalmış yayların (torzion) dəyişimi
- Qopmuş polad trosların bərpası və balanslaşdırılması
- Tavan mühərriklərinin təmiri və pultların yazılması
- Panel və germetik rezinlərin yenilənməsi
Darvaza Motorları (Came, Beninca)
İtaliya istehsalı mühərriklərin mexaniki və elektron təmiri.
- Yana sürüşən və ikilaylı motorların təmiri
- Dişli çarxların (şeşteynaların) və reykaların dəyişimi
- Təhlükəsizlik fotosellərinin və siqnal lampalarının bərpası
- Yeni pultların və GSM telefon modullarının qoşulması
Avtomatik Jalüz Qapılar
Alüminium və polad jalüzlərin mühərrik və lamel təmiri.
- Boru tipli (tubular) motorların dəyişdirilməsi
- Əyilmiş lamellərin və kənarların düzəldilməsi
- Qəza açma mexanizminin (manuel rejim) təmiri
- Pult bloklarının və düymələrin quraşdırılması
Şlaqbaum və Baryer Sistemləri
Şlaqbaumların qol dəyişimi və idarəetmə platası təmiri.
- Qırılmış qolların (baryer oxlarının) yenisi ilə əvəzlənməsi
- Reduktor və hidravlik mühərriklərin profilaktikası
- Nömrəoxuma (ANPR) və kartlı keçid sistemlərinin sazlanması
- Yay mexanizmlərinin yenilənməsi və balanslaşdırma
Sənaye Qapıları & Rampalar
380V sənaye motorları və hidravlik yükləmə rampalarının servisi.
- 380V şaft mühərriklərinin təmiri və tənzimlənməsi
- Hidravlik yükləmə rampalarının nasos və yağ baxımı
- Sürətli PVC rulon qapıların sensor və parça təmiri
- Korporativ illik texniki servis müqavilələri
Online Servis və Usta Çağırışı
Formu doldurun, texniki heyətimiz 10 dəqiqə ərzində sizinlə əlaqə saxlasın.